Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin və Vəkil Marşının səsləndirilməsi ilə başlayıb. Sonra müasir müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən VK sədri Anar Bağırov tədbirin gündəliyini iştirakçıların diqqətinə çatdırıb, Kollegiyanın son illər ərzindəki fəaliyyətinə geniş şəkildə nəzər salıb, ölkəmizdə vəkillik institutunun keçdiyi tarixi inkişaf yolunu təhlil edib. Sədr qeyd edib ki, ötən dövrlər ərzində vəkillik institutunun gücləndirilməsi, hüquqi yardımın keyfiyyətinin yüksəldilməsi və vətəndaşlar üçün əlçatanlığın təmin olunması istiqamətində ardıcıl və sistemli islahatlar həyata keçirilib. Görülən tədbirlər nəticəsində vəkillərin sayında əhəmiyyətli artım baş verib, onların peşəkar hazırlıq səviyyəsi yüksəldilib, davamlı tədris və ixtisasartırma mexanizmləri formalaşdırılıb və müasir tələblərə uyğun olaraq təkmilləşdirilib. Eyni zamanda vəkillərin fəaliyyətinin şəffaflığının artırılması, peşə etikası qaydalarına əməl olunmasının gücləndirilməsi və institusional idarəetmənin modernləşdirilməsisahəsində mühüm addımlar atıldığı vurğulanıb.
-1769850850.jpg)
Həmçinin Anar Bağırov çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 noyabr 2025-ci il tarixli Fərmanı ilə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna edilmiş mütərəqqi və sistemli dəyişikliklərə də toxunub. Sədr bildirib ki, bu yeniliklər vəkillik institutunun institusional baxımdan daha da möhkəmləndirilməsinə, peşə fəaliyyətinin daha səmərəli, çevik və müasir tələblərə uyğun şəkildə təşkilinə xidmət göstərir.
Daha sonra konfransda Kollegiyanın 2025-ci il ərzində həyata keçirdiyi fəaliyyətləri əks etdirən illik hesabat filmi nümayiş olunub.
Gündəliyə uyğun olaraq konfrans çərçivəsində Hesablama Komissiyasının tərkibi müəyyən edilib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


